Bu gün Sabirabad rayonu, Suqovuşan kəndində ümumi sahəsi 18 m2 olan ərzaq mağazasının dam örtüyünün yanar konstruksiyaları və bitişik ümumi sahəsi 78 m2 olan çayxananın yanar konstruksiyaları yanıb.
APS-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bitişik mağaza yanğından mühafizə olunub. Yanğın saat 07:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.