Sabirabad. Əlibəyli Zeynallı - APA. Sabirabad rayonunda motosiklin aşması nəticəsində sürücü ağır yaralanıb.
APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ələmbəyli kəndində qeydə alınıb. Kənd sakini, 1979-cu il təvəllüdlü Süleymanov Rasim Ənvər oğlu motosikli idarə edərkən yoldan çıxıb və idarəetməni itirib. O, ağır kəllə-beyin travması ilə Şirvan şəhər Xəstəxanasının reanimasıya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.