APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı-Şabran avtomobil yolunun 129-cu kilometrliyində, Şabran rayonu ərazisində “Mercedes” və "Nissan" markalı minik avtomobilləri toqquşub.
FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, iki avtomobildə birlikdə 5 nəfər sıxılaraq qalıb, “Mercedes” markalı avtomobilin sürücüsü isə ölüb.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış 5 nəfər yaralını, habelə “Mercedes”in sürücüsü, 1992-ci il təvəllüdlü Hüseynov Nəriman Mənsur oğlunun cəsədini çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.
Şabranda iki maşın toqquşub, bir nəfər ölüb, beş nəfər xəsarət alıb - FOTOSESSİYA - VİDEO
![Şabranda iki maşın toqquşub, bir nəfər ölüb, beş nəfər xəsarət alıb - <span style="color: red;">FOTOSESSİYA - <span style="color: red;">VİDEO](https://apa.az/storage/news/2014/may/11/big//upload/images/news/2014/may/11/big/e4878ebc04f96bbcb9777fe6d71d052e.jpg)
Hadisə
![Ağstafada toyda zəhərlənənlərin sayı 40-a çatıb - <span class="red_color">YENİLƏNİB-2](https://apa.az/storage/news/2024/june/22/big/6677088de2a626677088de2a6317190770056677088de2a606677088de2a61.jpg)
Ağstafada toyda zəhərlənənlərin sayı 40-a çatıb - YENİLƏNİB-2
İctimai nəqliyyatda qeyri-etik hərəkətlər edən şəxs həbs edilib - YENİLƏNİB
Bakıda qeyri-etik hərəkətlər edən daha bir şəxs həbs edilib
![Naxçıvanda 74 tona yaxın çətənə bitkisi məhv edilib](https://apa.az/storage/news/2024/june/22/big/6676deb373ca56676deb373ca617190662916676deb373ca26676deb373ca4.jpeg)