Bakı-APA. Şamaxıda yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Şamaxı rayonu, Quşçu kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 30 kv.m sahədə və mətbəxin yanar konstruksiyaları 10 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.