Bakı-APA. Azərbaycanın Şəmkir rayonundakı süni göldə bir nəfər boğulub.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, rayonun Qapanlı kəndi ərazisində, 1945-ci il təvəllüdlü Yunis Allahverən oğlu Kazımov süni göldə batıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunib və axtarışlara başlanılıb.
Xilasedicilər onun cəsədini taparaq, sudan çıxarıblar.