Siyəzən. Vəli Turan - APA. Ötən gün axşam saatlarında Siyəzən şəhəri, Səməd Vurğun küçəsi-27 ünvanında dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1989-cu il təvəllüdlü Aynurə Kamil qızı Məmmədova mətbəxdə yemək bişirərkən dəm qazından zəhərlənib. O, dərhal Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
Xəstəyə ilkin tibbi yardım göstərildikdən bir neçə saat sonra evə buraxılıb.