Siyəzən. Vəli Turan - APA. Siyəzən rayonunun Yenikənd kənd sakini, 2004-cü il təvəllüdlü Balakişiyev Əliheydər Vüqar oğlu yelləncəkdə yellənərkən boğazına ip dolanıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən V. Balakişiyevə boğulma diaqnozu qoyulub.
Reanimasiya şöbəsində müalicə olunan 12 yaşlı uşağın vəziyyəti ağırdır.