Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtındakı Cümə məscidindən oğurluq edən azərbaycanlı saxlanılıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, polis tərəfindən həyata keçirilən operativ-istintaq tədbirləri nəticəsində 1993-cü il təvəllüdlü Elbrus E. yaxalanıb. Onun Poniçala (Soğanlıq) kəndindəki evindən oğurladığı kompüter aşkar edilərək götürülüb.
Gürcüstan Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə qaldırılan cinayət işi çərçivəsində araşdırma aparılır.
Xatırladaq ki, dekabrın 3-də Cümə məscidindən təxminən 150 lari dəyərində olan köhnə kompüter oğurlanıb.