Tovuz. Azər Məmədli - APA. Tovuzda 3 yaşlı uşaq ehtiyatsızlıq nəticəsində yanıq xəsarətləri alıb. APA-nın qərb bürosunun verdiyi məölumata görə, rayonun Aşağı Quşçu kənd sakini 2013-cü il təvəlüldlü Məmmədli İsgəndər Habil oğlu bədənin müxtəlif hissələrinin 2-3 dərəcəli termiki yanığı xəsarəti ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, evdə ehtiyatsızlıq nəticəsində üzərinə qaynar su tökülüb.