Xaçmaz rayonu ərazisində bıçaqlanma faktı qeydə alınıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Mirzəmməd kəndində baş verib.
Kənd sakini, 1978-ci il təvəllüdlü Mehrəliyev Alim Xalid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, hazırda əməliyyat olunur.
Faktla bağlı araşdırmalar davam etdirilir.