APA-nın şimal bürosunun məlumatına görə, hadisə yolun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Xaçmaz-Xudat marşrutu ilə hərəkət edən 90 NC 385 dövlət nömrə nişanlı “Hundai” markalı sərnişin avtobusu hərəkətdə olarkən idarəetməni itirərək ağaca çırpılıb. Nəticədə 7 nəfər müxtəlif bədən xəsarətləri alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.