Bakı. Şəhriyar Əlizadə - APA. Xaçmazda sirkə turşusundan zəhərlənmə hadisəsi baş verib.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 2-də Xaçmaz rayonunun Müşkür kəndində yaşayan Sabir Abdulkərimov sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Noyabrın 4-də həmin şəxs xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.