Bakı. Mahir Məmmədli-APA Tanınmış diktor, xalq artisti Sabir Ələsgərovun səhhəti pisləşib.
Bunu APA-ya diktorun qızı Mehriban Ələsgərova deyib.
Qızının sözlərinə görə, Sabir Ələsgərovun böyrəklərində problem yaranıb və 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib: “Müayinələrin nəticəsi ürəkaçan olmadı. Atamın böyrəkləri sıradan çıxmağa doğru gedir. Dializ aparatına qoşulmalıdır”.