Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrinin dövriyyəsində təqsirləndirilən Siyavuş Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, S. Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, əvvəllər məhkum olunmuş S. Məmmədov 6 kiloqram narkotik vasitə olan marixuana satışında təqsirləndirilir. Onun səfil həyatı yaşadığı məlum olub.