Bakı-APA. Yevlaxda yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yevlax rayonunda vətəndaşa məxsus VAZ markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.