Bank Of Baku

Xətai rayonunda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-1 - FOTO - VİDEO

Xətai rayonunda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB-1  - FOTO  - VİDEO
# 15 aprel 2025 17:14 (UTC +04:00)

Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Havanın küləkli olmasına baxmayaraq, Nazirliyin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Xətai rayonu, Xudu Məmmədov küçəsi ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində baş vermiş yanğın səbəbindən qeyd olunan kəsişmədən Sadıqcan küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

***

17.04

Xətai rayonu, Xudu Məmmədov küçəsi ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində baş vermiş yanğın səbəbindən qeyd olunan kəsişmədən Sadıqcan küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

APA xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

***

16.27

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binalarının birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb ediliblır. Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR