Bank Of Baku

Xətai rayonundakı yanğın söndürülüb - FOTO - YENİLƏNİB-1 - VİDEO

Xətai rayonundakı yanğın söndürülüb - FOTO  - YENİLƏNİB-1  - VİDEO
# 05 mart 2025 19:47 (UTC +04:00)

Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində sökülməkdə olan tikilidə yanğın baş verib.

FHN-dən APA-ya verilən məlumata görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ikimərtəbəli tikilidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

18:46

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

18.41

Bakının Xətai rayonunda yanğın olub.

APA xəbər verir ki, yanğın Nəcəfqulu Rəfiyev küçəsində yerləşən binada qeydə alınıb.

Əraziyə yangınsöndürənlər cəlb olunub.

Yaşayış olmayan binada baş vermiş yanğın qısa müddətdə söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR