Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhəri ərazisindəki ticarət mərkəzlərindən birindəki mağazanın qarşısından 23.000 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.
Bu barədə APA-ya DİN-dən məlumat verilib. Məlumata görə, pPolis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qobustan rayon sakini Ənvər İmaməliyev və İsmayıllı rayon sakini, əvvəllər məhkum olunmuş Nadir Səmədov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.