Aprelin 6-da saat 17:40 radələrində Yardımlı rayonu Peştəsər kənd sakini, 1967-ci il təvəllüdlü şəxs (kişi cinsli) açıq kəllə-beyin travması, sınıqlar, hemorragiya, travmatik şok diaqnozları ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə APA-nın cənub bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
"Vəziyyəti ağır qiymətləndirilən şəxsə zəruri reanimasiyan tədbirlərin göstərilməsinə baxmayaraq, aprelin 7-də saat 11:00-da ölüm faktı qeydə alınıb", məlumatda deyilir.
İlkin Rzayev
***
09.24
Yardımlıda 62 yaşlı kişi qayalıqdan yıxılaraq ölüb.
APA xəbər verir ki, hadisə rayonun Peştəsər kəndində baş verib.
Belə ki, 1963-cü il təvəllüdlü Qasımov Ədalət Bayraməli oğlu aprelin 6-da yaşadığı kənddə mal-qara otaran zaman 200 metr hündürlükdə yerləşən qayadan yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alaraq “Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinə aparılıb. O dünən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.