Yardımlıda ölümlə nəticələnən qəza baş verib.
APA xəbər verir ki, hadisə rayonun Urakəran ərazisində baş verib.
Yaqub Qəliyev idarə etdiyi “Belarus” markalı, 65-T-211 dövlət qeydiyyat nişanlı traktoru qoşqu ilə birlikdə aşırıb, nəticədə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.