Yasamal rayonunda evlərdən oğurluq edilib.
DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 16-dan 20-dək olan müddətdə rayon ərazisindəki 1 evdən 1600 ABŞ dolları, 10000 manat dəyərində qızıl-zinət əşyaları, digər evdən isə 800 manat pul və 233 manat dəyərində qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Şahverdizadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.