Bank Of Baku

Yekaterinburq məhkəməsi Akif Səfərovu 22 günlük həbs edib - FOTOLENT - YENİLƏNİB-3

Yekaterinburq məhkəməsi Akif Səfərovu 22 günlük həbs edib - FOTOLENT  - YENİLƏNİB-3
# 29 iyun 2025 13:12 (UTC +04:00)

Yekaterinburq məhkəməsi Akif Səfərov barəsində də həbs qətimkan tədbiri seçib.

APA-nın Rusiya bürosu xəbər verir ki, məhkəmə ittiham tərəfinin tələbini təmin edib və A. Səfərovu 22 günlüyünə istintaq təcridxanasına göndərib.

Məhkəmənin qərarı ilə A. Səfərov barəsində iyulun 19-dək həbs qətimkan tədbiri seçilib.

***

12:51

Dövlət ittihamçısı Akif Səfərovun şübhəli şəxs qismində istintaqa cəlb olunduğunu söyləyib.

APA-nın Rusiya bürosu xəbər verir ki, prokuror məhkəmədən onun barəsində 22 sutka həbs qətimkan tədbirinin seçilməsini istəyib.

***

12:05

Məhkəmə iclası qapalı elan edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, jurnalistlər məhkəmə zalından çıxarılıb.

Dövlət ittihamçısı Akif Səfərov barəsində həbs-qətimkan tədbirinin seçilməsini xahiş edib.

Qeyd edək ki, A. Səfərov 1963-cü il təvəllüdlüdür. O, iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının hücum etdiyi "Kaspi" kafesinin sahibidir.

***

11:51

Yekaterinburq məhkəməsi iyulun 27-də saxlanılan daha bir azərbaycanlı, Akif Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxır.

APA-nın Rusiya bürosu xəbər verir ki, A. Səfərov məhkəmə zalına gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR