Paşha Bank
Bank Of Baku

Yevlaxda yol qəzasında iki nəfər ölüb - FOTO - YENİLƏNİB

Yevlaxda yol qəzasında iki nəfər ölüb - FOTO  - YENİLƏNİB
# 28 oktyabr 2026 11:10 (UTC +04:00)

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Yevlaxda iki nəfərin öldüyü yol qəzası barədə məlumat yayıb.

İdarədən APA-ya verilən xəbərə görə, oktyabrın 27-si, saat 14:00 radələrində, Bakı-Yevlax avtomobil yolunun Qaraoğlan kəndi ərazisindən keçən hissəsində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Belə ki, Yevlax şəhər sakini 24 yaşlı Oruc Məmmədov “BMW” markalı avtomobillə hərəkətdə olarkən, ilkin ehtimala görə yüksək sürət və təkər sistemində yaranan nasazlıq səbəbindən idarəetməni itirərək yolun kənarına aşıb.

Qəza nəticəsində ağır xəsarətlər alan sürücü və həmyerlisi olan sərnişini - 30 yaşlı Emil Paşayev xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəblərdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini bir daha xatırladır və sürücüləri avtomobillərinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə və əksər faciələrin başlancığı olan sürət amilinə hər zaman həssaz yanaşmağa çağırır.

***

27 oktyabr, 15.15

Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə oktyabrın 27-də rayonun Qaraoğlan kəndi yaxınlığında baş verib.

Qəza nəticəsində xəsarət alan iki nəfər saat 13:10 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onların həyatını xilas etmək mümkün olmayıb. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, hər iki şəxsin ölümü qeydə alınıb.
Məlumata görə, ölənlərin hər ikisi avtomobil təmiri ustası olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR