Sabunçu rayonunun Zabrat qəsəbəsində yol qəzası baş verib.
APA-nın xəbərinə görə, hadisə "Zabrat-2" ərazisində qeydə alınıb. Məlumata görə, avtomobilin aşması nəticəsində xəsarət alan var.
TƏBİB-dən bildirilib ki, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 25 yaşlı (kişi cinsli) şəxsə təcili tibbi yardım briqadası tərəfindən ilkin tibbi yardım göstərilib. Ona sol saidin yüngül sıyrılmış yarası diaqnozu ilə yerində yardım edilib, vəziyyəti stabil qiymətləndirildiyindən tibb müəssisəsinə təxliyəyə ehtiyac yaranmayıb.