Bank Of Baku

Zabratda qızını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən şəxs məhkəmədə ifadə verib

Zabratda qızını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən şəxs məhkəmədə ifadə verib
# 04 aprel 2025 17:02 (UTC +04:00)

Bakıda qızını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Yelmar Atakişiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Yelmar Atakişiyev elan edilən ittiham üzrə özünü qismən təqsirli bilib. O, ittihamın bəzi hissələrini qəbul etməyib.

Y.Atakişiyev ifadəsində bildirib ki, o, cəzaçəkmə müəssisəsində olarkən qızından gələn şikayətləri eşidib: "Cəzaçəkmə müəssisəsində olduğum vaxt yaxınlarım məni görməyə gələrkən qızımdan şikayət edirdilər. Oğluma dedim ki, sən heç nə etmə. Buradan çıxandan sonra onunla özüm danışacam. Cəzam bitdikdən sonra telefonuna baxmaq istədim, icazə vermədi. Buna görə onu döydüm. Qapıya tərəf qaçdı. Qapını açıb getmək istədi, saçından tutub qoymadım. Başı qapıya dəydi. 3-5 dəqiqə onu döydüm. Səsini də çıxarmırdı. Sonra özünü huşsuzluğa vurdu, burnundan qan gəlirdi. Daha sonra qardaşı gəldi, nə baş verdiyini soruşdu. Dedim ki, ayılsın, özündən soruşarsan. Niyyətim onu öldürmək deyildi".

Proses mayın 2-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Bakının Zabrat qəsəbəsində baş verib. Qəsəbə sakini 42 yaşlı Cəmalə Atakişiyeva yaşadığı evdə qətlə yetirilib. Araşdırmalar zamanı onun atası Yelmar Atakişiyev tərəfindən öldürüldüyü müəyyən olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR