Bank Of Baku

Zaqatalada 4 otaqlı ev yanıb

Zaqatalada 4 otaqlı ev yanıb
# 18 mart 2025 20:19 (UTC +04:00)

Zaqatalada 4 otaqlı ev yanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saat 17 radələrində rayonun Makov kəndində, kənd sakini Kamil qardaşova məxsus, hazırda yaşayış olmayan ümumi sahəsi 100 kv/m olan 4 otaqlı evdə yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisində olan əşyalarla birlikdə yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR