Zaqatalada 68 yaşlı kişini maşın vurub

Zaqatalada 68 yaşlı kişini maşın vurub
# 24 may 2025 00:23 (UTC +04:00)

Zaqatalada 68 yaşlı kişini maşın vurub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə mayın 23-ü axşam saatlarında Zaqatala şəhəri ərazisində baş verib.

Rayonun Üçüncü Tala kənd sakini Hafiz Rəcəbov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən piyada, 1957-ci il təvəllüdlü Yuxarı Tala kənd sakini Umaxan Əliyevi vurub.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarət alan U. Əliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR