Zaqatalada 81 yaşlı qadın intihar edib

Zaqatalada 81 yaşlı qadın intihar edib
# 06 dekabr 2023 14:23 (UTC +04:00)

Zaqatalada 81 yaşlı qadın intihar edib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında rayonun Danaçı kəndində qeydə alınıb. Danaçı kənd sakini, 1942-ci il təvəllüdlü Muminət Kahov qızı Carayevanın meyiti yaşadığı ünvanda ailə üzvüləri tərəfindən asılı vəziyyətdə aşkar edilib. İlkin araşdırma zamanı əsəb xəstəliyindən əziyyət çəkən M. Carayevanın intihar etdiyi məlum olub.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR