Paşha Bank
Bank Of Baku

Zaqatalada meşədə 44 gündür itkin düşən 80 yaşlı kişinin axtarışı davam edir - VİDEO

Zaqatalada meşədə 44 gündür itkin düşən 80 yaşlı kişinin axtarışı davam edir - VİDEO
# 26 noyabr 2026 15:06 (UTC +04:00)

Zaqatala rayonunun Kebeloba kəndində meşəlik ərazidə itkin düşdüyü ehtimal edilən 1946-cı il təvəllüdlü Mustafayev Xəlil Mustafa oğlunun axtarışları davam etdirilir.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Axtarış tədbirləri FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və polis əməkdaşlarının birgə iştirakı ilə vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə həyata keçirilir.

Qeyd edək ki, axtarışlara FHN-in xüsusi təlim görmüş itləri də cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR