Zaqatalada minik avtomobili aşıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə gecə saat 01 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Kürdəmir rayon sakini, 1990-cı il təvəllüdlü Qasım İdris oğlu Hüseynov idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək maşını aşırıb.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Q.Hüseynov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.