Bank Of Baku

Zaqatalada TIR-la minik maşını toqquşub, xəsarət alanlar var - FOTO

Zaqatalada TIR-la minik maşını toqquşub, xəsarət alanlar var - FOTO
# 11 avqust 2026 13:01 (UTC +04:00)

Zaqatalada TIR-la minik maşını toqquşub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün 12:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunda, Zaqatalanın Əliabad qəsəbəsində baş verib.

Bakı istiqamətində hərəkətdə olan Türkiyəyə məxsus iritonnajlı yük maşını ilə Zaqatala rayon sakininin idarə etdiyi "Chevrolet Niva" markalı avtomobil toqquşub.

Məlumata görə, "Chevrolet"də olan iki nəfər - Zaqatalanın Yengiyan kənd sakini 32 yaşlı Məhəmməd Bünyad oğlu Mahmudov və Höytala kənd sakini 58 yaşlı Şamil Məhəmməd oğlu Dadayev xəsarət alıb.

Yaralılar Zaqatala rayon xəstəxanasına yerləşdirilib.

Xəsarət alanların Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Zaqatala Rayon Baytarlıq Epidemiologiya İdarəsinin əməkdaşları, qəzaya düşən maşının isə xidmət avtomobil olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR