Bank Of Baku

Zaqatalada yeniyetmə bıçaqlanıb, saxlanılan var

Zaqatalada yeniyetmə bıçaqlanıb, saxlanılan var
# 03 aprel 2025 10:15 (UTC +04:00)

Zaqatalada bıçaqlanma olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə aprelin 2-də axşam rayonun Əliabad qəsəbəsində baş verib. Qəsəbə sakini, 2008-ci il təvəllüdlü N.Z. ilə 2009-cu il təvəllüdlü K.Q. arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı N.Z. bıçaqla K.Q-yə xəsarət yetirib.

Xəsarət alan şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

N.Z-nin Əliabad tam orta məktəbinin 11-ci sinif şagirdi olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR