Bank Of Baku

Zərdabda yol qəzası nəticəsində ata-oğul və daha 3 nəfər yanaraq ölüb - YENİLƏNİB

Zərdabda yol qəzası nəticəsində ata-oğul və daha 3 nəfər yanaraq ölüb - YENİLƏNİB
# 09 sentyabr 2026 02:15 (UTC +04:00)

Zərdabda baş verən qəza nəticəsində ölənlərin adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, sentyabrın 8-də saat 23 radələrində Zərdab rayonunun Yarməmmədbağı kəndinin ərazisində Elyar Məhəmmədovun idarə etdiyi “KİA” markalı, 77 BF 554 N-li avtomobil və Vicay Ağayevin idarə etdiyi “Lovol” markalı, 63 TG 062 nömrəli traktor toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, onun atası 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, onların qohumları - 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimova ölüb.

Sürücünün həyat yoldaşı 1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə hadisə zamanı xəsarət alıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

00:37

Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda baş verib.

Belə ki, "KİA" markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb.

İlkin məlumata əsasən hadisə nəticəsində azı 5 nəfər yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR