Bakıda külək 21 m/s-dək güclənib - FAKTİKİ HAVA

Bakıda külək 21 m/s-dək güclənib - FAKTİKİ HAVA
# 15 fevral 2024 12:34 (UTC +04:00)

Milli Hidrometeorologiya Xidmətinin fevralın 15-i saat 12:00-a olan məlumatına əsasən şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur. Naxçıvan MR, Biləsuvar, Şəki, Oğuz, Zaqatalada yağış, Şahdağda isə qar yağır.

Xidmətdən APA-ya verilən xəbərə görə, şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 21 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Naxçıvan MR-də 10, Aran rayonlarında 11, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək istidır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR