Bank Of Baku

Bakıda temperatur iqlim normasından 5.2 dərəcə yuxarı olub - FAKTİKİ HAVA

Bakıda temperatur iqlim normasından 5.2 dərəcə yuxarı olub - FAKTİKİ HAVA
# 12 avqust 2023 12:56 (UTC +04:00)

Milli Hidrometeorologiya Xidmətinin avqustun 12-si saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində isti və bürkülü hava şəraiti davam edir.

Bu barədə APA-ya Xidmətdən məlumat verilib. Bildirilib ki, havanın maksimal temperaturu avqustun 11-də Bakıda iqlim normasından 5.2 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 41 dərəcəyədək, Naxçıvan MR-da və aran rayonlarında 43 dərəcəyədək, Gəncə-Qazax zonasında 41 dərəcəyədək, dağlıq rayonlarda 35 dərəcəyədək isti olub.

İsti hava dalğasının təsiri nəticəsində ölkə ərazisində müşahidə olunan isti və bürkülü hava şəraitinin avqust ayının ortalarınadək davam edəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR