Bakıda və Abşeronda temperatur normadan 4 dərəcə yüksək olub - FAKTİKİ HAVA

Bakıda və Abşeronda temperatur normadan 4 dərəcə yüksək olub - FAKTİKİ HAVA
# 15 avqust 2023 09:48 (UTC +04:00)

Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, avqustun 15-i saat 09:00-a olan məlumatına əsasən, avqustun 14-də ölkə ərazisində isti hava şəraiti davam etmiş, havanın maksimal temperaturu Aran rayonlarında 42 dərəcəyədək, Naxçıvan MR-də və Gəncə-Qazax zonasında 40 dərəcəyədək yüksəlmişdir.

Bakıda və Abşeron yarımadasında isə temperatur iqlim normasından 4 dərəcə yüksək olmuşdur.

Sinoptik şərait ilə əlaqədar olaraq ərazimizdə isti hava dalğasının təsirinin tədricən azalacağı gözlənilir. Lakin Abşeron yarımadasında normadan yüksək nisbi rütubət şəraiti davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR