Paşha Bank
Bank Of Baku

Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ

Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
# 05 oktyabr 2026 16:48 (UTC +04:00)

Bakıda və Abşeron yarımadasında oktyabrın 6-7-si günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, 6-sı gündüz yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, 7-si gecə və səhər isə bir qədər intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında oktyabrın 6-sı axşamdan 7-si gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, 6-dan 7-nə keçən gecə və səhər yağıntıların güclənəcəyi ehtimal olunur.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin, eyni zamanda Naxçıvan MR-nın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR