Bank Of Baku

Bəzi yerlərdə leysan olub, Daşkəsənə dolu düşüb - FAKTİKİ HAVA

Bəzi yerlərdə leysan olub, Daşkəsənə dolu düşüb - FAKTİKİ HAVA
# 10 iyul 2023 17:36 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyulun 10-u saat 17.00-a olan məlumatına əsasən Daşkəsən, Göygöldə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə APA-ya Xidmətdən xəbər verilib.

Saat 16.33-16.34 radələrində Daşkəsən rayonuna diamerti 12 mm olan dolu düşüb.

Şimal-qərb küləyi arabir Gəncədə 24 m/s, Goranboyda 22 m/s, Şirvan, Göyçayda 20 m/s, Tərtərdə 18 m/s, İsmayıllı, Ağdamda 16 m/s, Bakıda və Abşeron yarımadasında 23-27 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.0 m-ə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR