Bank Of Baku

Bəzi yerlərdə leysan yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərdə leysan yağıb - FAKTİKİ HAVA
# 19 avqust 2023 11:23 (UTC +04:00)

Milli Hidrometeorologiya Xidmətinin avqustun 19-u saat 10:00-a olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçmiş, lakin bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Bu barərə APA-ya Xidmətdən məlumat verilib. Düşən yağıntının miqdarı: Şahdağda 3 mm, Qrızda 2 mm, Şəmkir, Göygöl, Daşkəsən, Şəki, Quba, Qusar, Yevlax, Göyçay, Sabirabadda 1 mm-dək olub.

Külək: Cənub-qərb küləyi arabir Daşkəsəndə 23 m/s-dək güclənib.


Havanın maksimal temperaturu: Avqustun 18-də Bakıda iqlim normasından 3 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 34 dərəcəyədək, Naxçıvan MR-da 36-40 dərəcə, Aran rayonlarında 33-35 dərəcə, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR