Bəzi yerlərdə qar yağıb, güclü külək əsib - Faktiki hava

Bəzi yerlərdə qar yağıb, güclü külək əsib - Faktiki hava
# 03 yanvar 2022 12:52 (UTC +04:00)

ETSN-in Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən APA-ya verilən məlumata görə, yanvarın 3-ü saat 12:00-a olan məlumata əsasən, bəzi yerlərdə yağıntılı olub, dağlıq rayonlarda qar yağıb, ayrı-ayrı yerlərdə şimal-qərb küləyi arabir güclənib.

Düşən yağıntının miqdarı Yardımlı 27.0 mm, Biləsuvar 26.0 mm, Ləzədə (Qusar)11.0 mm, Şahbuzda 7.0 mm, Ağdərədə (Ordubad) 6.0 mm, Şabran, Ordubadda 4.0 mm, Xınalıq, Lerik, Quba, Qrızda 3.0 mm, Astara, Şərurda 2.0 mm, Qusar, Xaltan, Sədərəkdə 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında yağan yağış 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Ləzədə (Qusar) 18 sm, Qrızda 13 sm, Ağdərədə (Ordubad) 10 sm, Xınalıq, Şahbuzda 7 sm, Xaltanda 6 sm, Lerikdə 4 sm, Şərur, Sədərəkdə 2 sm, Qusar, Sarıbaşda (Qax) 1 sm təşkil edib.

Şimal-qərb küləyi arabir Naftalanda 28-32 m/s, Şəki, Tərtərdə 25 m/s, Bərdə, Neftçala, Qobustan, Gəncə, Daşkəsəndə 20 m/s, Ağdamda 18 m/s, Bakıda və Abşeron yarımadasında 15-19 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.8 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6°-dək isti, aran rayonlarında 3-6° isti, dağlıq rayonlarda 2-9° şaxta, Naxçıvan MR-da 5-10 şaxta olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR