Bəzi yerlərə yağış, Şahdağ və Sarıbaşa qar yağıb - FAKTİKİ HAVA

Bəzi yerlərə yağış, Şahdağ və Sarıbaşa qar yağıb - FAKTİKİ HAVA
# 05 yanvar 2024 17:12 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yanvarın 5-i saat 17:00-a olan məlumatına əsasən Şahbuz, Naxçıvan, Gədəbəy, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Şəki, Zaqatala, Oğuz, Balakəndə arabir yağış, Şahdağ, Sarıbaşda (Qax) qar yağıb.

Xidmətdən APA-ya verilən xəbərə görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-15 dərəcə isti, Naxçıvan MR-da 7-12 dərəcə isti, aran rayonlarında 12-15 dərəcə isti, dağlıq rayonlarda isə 5 dərəcəyədək isti qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR