Çaylarda sululuq artıb

Çaylarda sululuq artıb
# 24 iyun 2025 09:25 (UTC +04:00)

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, avtomat hidroloji stansiyaların iyunun 24-ü saat 9:00-a olan məlumatına əsasən Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 22 sm, Katexçayda 9 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 8 sm, Oxçuçayda isə 3 sm artım qeydə alınıb.

Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 7 sm artıb, su sərfi 236 m3/san olmaqla normanın 58%-ni Qanıx-Cəlayir məntəqəsində isə suyun səviyyəsi 17 sm artıb, su sərfi 155 m3/san olmaqla normanın 93%-ni təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR