Dumanlı hava fevralın 15-dək davam edəcək

Dumanlı hava fevralın 15-dək davam edəcək
# 13 fevral 2024 11:28 (UTC +04:00)

Ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Dumanlı hava şəraitinin fevralın 15-dək fasilələrlə davam edəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumatına görə, dumanlı hava şəraitinin səbəbi nisbətən soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır. Xəzər dənizi üzərində formalaşan duman qatı cənub-şərq istiqamətli küləklərlə Abşeron yarımadasına daxil olub.

Hazırda Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 10 dərəcə yüksəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR