Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb
# 05 fevral 2024 15:33 (UTC +04:00)

Fevralın 5-i saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində arabir güclənən cənub-qərb küləyi müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eləcə də Qobustanda 21 m/s, Göyçayda 18 m/s, Sabirabadda 17 m/s, Şəki, Yardımlıda 16 m/s-dək güclənib.

Neft daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.4 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 7, Aran rayonlarında 14, dağlıq rayonlarda 4 dərəcəyədək isti olub. Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti fevralın 6-sı günün ikinci yarısınadək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR