Martın 19-u saat 18:00-a olan faktiki hava açıqlanıb.
Hazırda ölkə ərazisində hava necədir?
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, martın 19-u saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.
Hansı ərazilərdə külək əsir?
Hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Bakıda və Abşeron yarımadasında 28 m/s, Gəncədə 20 m/s, Goranboy və Şahdağda 19 m/s, Naftalanda 18 m/s, Tovuzda 16 m/s, Beyləqanda 15 m/s-dək güclənib.
Dənizdə dalğanın hündürlüyü nə qədərdir?
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatıb.
Hansı bölgələrə yağış yağır?
Zaqatala, İmişli, Xaltan, Göygöl, Gədəbəy, Xaçmaz, Ceyrançöl, Mingəçevir, Yevlax, Daşkəsən, Naftalan, Sabirabad, Tərtər, Xınalıq, Goranboy, Qəbələ, Oğuz və Şəkidə fasilələrlə yağış yağır.