Faktiki hava açıqlanıb - VİDEO

Faktiki hava açıqlanıb  - VİDEO
# 08 mart 2024 15:55 (UTC +04:00)

Martın 8-i saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Neftçala, Astarada yağış, Sarıbaş (Qax), Qusar, Şahdağda isə qar yağır.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 6, Naxçıvan MR-də 7-11, Aran rayonlarında 10-15, dağlıq rayonlarda 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb.

***

09:53

Martın 8-i saat 09:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, qar örtüyünün hündürlüyü Əlibəydə (Zaqatala) 38 sm, Sarıbaşda (Qax) 15 sm, Xınalıqda 6 sm, Qrızda 3 sm, Şahdağda 2 sm, Daşkəsən, Gədəbəy, Qusarda 1 sm olub.

Düşən yağıntının miqdarı Şəkidə 14 mm, Qaxda 12 mm, Şahbuzda 11 mm, Oğuz, Ordubadda 10 mm, Lənkəran, Zaqatalada 8 mm, Kəlbəcər, Şuşa, Cəfərxan, Yardımlı, Qəbələ, Balakən, Naxçıvan, Neftçala, Qobustan, Şərur, Astara, Xınalıq, Qusar, Zərdab, Quba, Beyləqan, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Sədərək, Culfa, Göygöl, Naftalan, Gəncə, Ağstafa, İsmayıllı, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Altıağac, İmişli, Kürdəmir, Sabirabad, Şirvan, Şabran, Xaltan, Biləsuvar, Cəlilabad, Xaçmaz, Qrız, Şahdağda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metr olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Naxçıvan MR-də 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti (dağlarda 6 dərəcəyədək şaxta), Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 2, yüksək dağlıq ərazilərdə 8 dərəcəyədək şaxta olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR