Bank Of Baku

Həftə sonunadək Abşeron yarımadası isti hava dalğasının təsiri altında olacaq

Həftə sonunadək Abşeron yarımadası isti hava dalğasının təsiri altında olacaq
# 07 avqust 2023 14:57 (UTC +04:00)

Həftənin sonunadək Abşeron yarımadasının isti hava dalğasının təsiri altında olacağı, havanın temperaturunun 37-40 dərəcəyə çatacağı, zəif küləklərin əsəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov APA-ya bildirib ki, yüksək temperatur, durğun və rütubətli hava şəraitində bəzi saatlarda bürkü yarana bilər.

Şəhər mühitində gecə saatlarında da havanın temperaturu normadan yüksək olur.

“Bu cür hava şəraiti əksər əhali üçün əlverişsizdir. Belə günlərdə tez-tez maye qəbul etmək, günəş altında olarkən baş örtüklərindən və ya çətirlərdən istifadə etmək, açıq havada uzun müddət qalmamaq tövsiyə edilir. Özünüzü günvurma və istivurmadan qoruyun”, - o deyib.

Qeyd edək ki, havanın temperaturu iqlim normasından 4,6 dərəcə yüksəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR