Bank Of Baku

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ
# 04 aprel 2025 17:20 (UTC +04:00)

Aprelin 5-i gündüz və 6-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Naxçıvan MR, Laçın, Qubadlı, Füzuli, Cəbrayıl, Ağstafa, Şəmkir, Tovuz, Gədəbəy, Şirvan, Şamaxı, Siyəzən, Quba, Qusar, Şabran, Xaçmaz, Goranboy, Göygöl, Gəncə, Naftalan, Mingəçevir, Göyçay, Yevlax, Bərdə, Tərtər, Ağcabədi, Sabirabad, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Zaqatala, Balakən, Qax, Lənkəran, Astara, Cəlilabad və Masallıda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Xızı, Daşkəsən, Zəngilan, Kəlbəcər, Şəki, İsmayıllı, Qəbələ, Oğuz, Qobustan, Lerik və Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR