İstirahət günlərində Bakıda və Abşeron yarımadasında günəşli və isti hava şəraiti müşahidə olunacaq.
APA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeorologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.
Onun sözlərinə görə, istirahət günlərində mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu günorta saatlarında 35-38 dərəcə, bəzi yerlərdə 40 dərəcə isti olacaq.
Naxçıvan Muxtar Respublikasında, Mərkəzi Aran rayonlarında da isti və günəşli hava şəraiti müşahidə ediləcək.
Havanın maksimal temperaturu günorta saatlarında 35-38 dərəcə, bəzi yerlərdə 41 dərəcə isti olacaq.
Ən sərin hava şəraiti Respublikanın dağlıq ərazilərində, Daşkəsən, Gədəbəy, Göygöl, Lənkəran, Astara rayonlarının dağlıq ərazilərində müşahidə olunacaq. Burada günorta saatlarında 25-30 dərəcə isti olacaq.