İstirahət günlərində isti hava davam edəcək

İstirahət günlərində isti hava davam edəcək
# 09 fevral 2024 12:32 (UTC +04:00)

Fevralın 10-11-də Bakı və Abşeron yarımadasında, eləcə də bölgələrdə hava şəraiti sabit, əsasən yağmursuz olacaq, mülayim cənub küləyi əsəcək.

Bunu APA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, havanın temperaturu günorta saatlarında paytaxtda 14-19, aran rayonlarında 18-23, dağlıq ərazilərdə 7-12 dərəcə isti olacaq.

“Yaxın iki gün ərzində hava şəraitində mühüm dəyişiklik gözlənilmir”, - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR